Azərbaycan Respublikasının prezidenti Qətər əmirini təbrik edib
17 dekabr 2012 19:39 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti Qətər əmirini təbrik edib

0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qətərin Əmiri əlahəzrət şeyx Həməd bin-Xəlifə Al Tanini dövlətin milli bayramı münasibəti ilə təbrik edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir: «Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Qətər münasibətlərinin inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və rifah arzulayıram». 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar