Azərbaycan prezidenti Ilham Əliyev Barak Obamaya başsağlığı verib
15 dekabr 2012 11:26 (UTC +04:00)

Azərbaycan prezidenti Ilham Əliyev Barak Obamaya başsağlığı verib

0

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, başsağlığında deyilir: “Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi.

 

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram”.

 

Qeyd edək ki, məktəbdə törədilən qətliamda 26 nəfər öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 974

Oxşar yazılar