Azərbaycan prezidenti dövlət büdcəsini təsdiqləyib
15 dekabr 2012 12:57 (UTC +04:00)

Azərbaycan prezidenti dövlət büdcəsini təsdiqləyib

0

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə prezidentin fərmanına əsasən gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum hədləri müəyyən edilib.

 

Fərmanla gələn ili büdcəsinin gəlirləri hissəsində Vergilər Nazirliyi üzrə 6 400 mln. manat, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 1 150 mln. manat, Azərbaycan Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) 1 490 mln. manat, qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 3 760 mln. manat, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1 380 mln. manat vəsaitin daxil olması nəzərdə tutulub.


Fərmanda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin xərcləri dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və onlar tərəfindən həyata keçiriləcək tədbirlər üzrə bölgüsü də əksini tapıb. Fərmanda dövlət qurumlarına büdcənin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar