Azərbaycan prezidenti Bəhreyn kralını təbrik edib
15 dekabr 2012 16:07 (UTC +04:00)

Azərbaycan prezidenti Bəhreyn kralını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Bəhreynin kralı şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Əminəm ki, Azərbaycan-Bəhreyn münasibətləri, dostluq əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirəcək.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar