Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Peru Respublikasının prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezident Peru prezidentinə yazdığı təbrik mesajında bu sözləri bildirib: "Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlərin inkişafı dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə xidmət edəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına sülh və firavanlıq diləyirəm".