Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi
15 iyun 2016 10:58 (UTC +04:00)

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

0

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

 

APA-nın “news.tj” saytına istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2017-2019 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 176 səs toplayaraq Şuranın üzvü olub.

 

Səsvermədə 193 ölkədən 185-i iştirak edib, nəticədə 18 yeni üzv qəbul edilib.

 

Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Koreya Respublikası, Tacikistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri də İqtisadi və Sosial Şuraya üzv seçilib.

 

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar