Azərbaycan -Polşa hökumətlərarası komissiyasının iclası olub
18 dekabr 2012 20:30 (UTC +04:00)

Azərbaycan -Polşa hökumətlərarası komissiyasının iclası olub

0

Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti - V iclası keçirilib.

 

Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

 

İclasda və bu çərçivədə təşkil edilmiş biznes-forumda sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və 20-yə yaxın iş adamı iştirak edib.

 

Polşa İqtisadiyyat Nazirliyində Azərbaycan və Polşadan olan, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycanda yaradılmış əlverişli biznes mühitinə dair prezentasiya olub. Forum çərçivəsində Azərbaycanın “Caspian Service” və Polşanın “Ulma Construction” şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

 

Komissiyanın V iclasının yekununa dair imzalanmış protokolda iqtisadiyyatın müxtəlif sahələri – energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, bankçılıq və s. sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün vəzifələr öz əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar