Azay Quliyev seçicilərinin xahişini Milli Məclisdə səsləndirdi
17 mart 2015 18:00 (UTC +04:00)

Azay Quliyev seçicilərinin xahişini Milli Məclisdə səsləndirdi

Millət vəkili Azay Quliyev Şirvan şəhəri Bayramlı qəsəbəsinin problemləri haqda fikir bildirib. Lent.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili seçildiyi Şirvan şəhərinin Bayramlı qəsəbəsində həlli vacib olan məsələləri gündəmə gətirib.

Diqqəti Şirvan şəhəri, Bayramlı qəsəbəsində mövcud olan iki əsas problemə yönəldən A. Quliyev ilk olaraq qəsəbədəki məşğulluq probleminə toxunub. Məlumat verilib ki, qəsəbədə əhalinin məşğulluğunu təmin edən “Pambıqtəmizləmə zavodu” 2002-ci ildən öz istehsal fəaliyyətini tamamilə dayandırıb. “Qəsəbənin 3000 əhalisi var və onlardan 1400 nəfəri əmək qabiliyyətlidir. Əhalinin 60%-i zavoda uyğun olaraq peşə vərdişlərinə sahibdirlər. Qəsəbədə yerləşən yeganə zavodun bağlanması işsizlik səviyyəsinin xeyli artmasına səbəb olub. Onu da qeyd edim ki, qəsəbədə kənd təsərrüfatına yararlı əkin sahələri də mövcud deyil.  Ona görə də mən, Azərbaycan hökumətindən xahiş edirəm ki, bu qəsəbədə işsizliyin aradan qaldırılması üçün tədbirlər görsün və ya maraqlı  investorların bu əraziyə yönləndirilməsi üçün stimullaşdırıcı qərar qəbul etsin”.

Millət vəkilinin toxunduğu ikinci məsələ, Bayramlı qəsəbəsində olan ev problemi ilə əlaqədardır. “Belə ki, 30-cu illərdə tikilmiş və 24 ailənin yaşadığı 2 barak tipli bina uzun müddətli qrunt  suları  içərisində qaldığından binalara ciddi ziyan dəymişdir. Mən yenə Nazirlər Kabinetindən xahiş edirəm bu məsələni nəzərə alsın və problemin həllinə köməklik etsin”- deyə deputat seçicilərinin sözünü ali qurumda səsləndirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar