Avropa İttifaqı Şurasının prezidentindən İlham Əliyevə ZƏNG
21 may 2015 14:31 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidentindən İlham Əliyevə ZƏNG

 

 

Mayın 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

 

Azərbaycan prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

 

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

 

Dövlət başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155

Oxşar yazılar