Avropa İttifaqı Şurası Azərbaycanla danışıqların başlanması üçün mandat verdi
14 noyabr 2016 16:30 (UTC +04:00)

Avropa İttifaqı Şurası Azərbaycanla danışıqların başlanması üçün mandat verdi

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib.

 

APA-nın məlumatına görə, bu barədə Aİ Şurasının açıqlamasında deyilir.

 

Bildirilir ki, bu gün Avropa İttifaqıŞurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə  bütün üzv ölkələr adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqlar başlaması üçün mandatı təsdiqləyib. Yeni razılaşma 1996-cı ildə imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq razılaşmasını əvəzləyəcək və Azərbaycanla Aİ-nin qarşılaşdığı ümumi maraq və çağırışları nəzərə alacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338
avatar

APA Baycan

Oxşar yazılar