ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri Ivica Dacic Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 31 may -1 iyun tarixində baş tutacaq səfər çərçivəsində Ivica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.