"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun müşahidə missiyası sabahdan fəaliyyətə başlayacaq".
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər seçki sahəsində tanınmış qurumlara, müxtəlif ölkələrin parlamentlərinə və seçki komissiyalarına da Xarici İşlər Nazirliyi, Milli Məclis və MSK tərəfindən seçkiləri müşahidə ilə bağlı dəvətlər göndərilib.