Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 31-ci iclası başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.