AŞPA-da Dağlıq Qarabağla bağlı məruzə dinlənəcək
18 dekabr 2012 16:52 (UTC +04:00)

AŞPA-da Dağlıq Qarabağla bağlı məruzə dinlənəcək

0

“Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinə həsr olunmuş məruzə artıq üzv dövlətlərə məlumdur”. Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

 

S. Seyidov bildirib ki, bu məruzə ətrafında çox ciddi müzakirələr gözlənilir: “İlk dəfə məruzədə Dağlıq Qarabağla bağlı bir hissə olacaq. Dağlıq Qarabağla bağlı məruzədə göstərilənlər bizim üçün vacib və əsasdır. Məruzə ilə bağlı qətnamə layihəsinin üçüncü bəndində qeyd olunub ki, Azərbaycan qarşı hərbi işğal həyata keçirilib. Avropa Şurasında Dağlıq Qarabağla bağlı məsələnin gündəliyə gətirilməsi çox vacibdir. Nəzərə alaq ki, bu sənədi Azərbaycan deyil, AŞPA Monitorinq Komitəsinin məruzəçiləri hazırlayaraq təqdim ediblər. Bu, məruzənin dəyərini ikiqat artırır. Ermənilər məruzəyə hər hansı əngəl yaratmağa çalışsalar, mən buna təəccüblənmərəm”

 

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycanla bağlı məruzə dinlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 848

Oxşar yazılar