Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə davam edir
18 iyun 2016 10:08 (UTC +04:00)

Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə davam edir

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsvermə başlayıb.

 

APA-nın məlumatına görə, məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcək.

 

Səsvermə saat 19:00-da başa çatacaq.

 

90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

 

Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər - Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).

 

Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi (AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu) akkreditasiyadan keçib.

 

90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.

# 306
avatar

APA Baycan

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08