Artur Rasizadə Vyetnam  prezidenti ilə görüşdü
14 may 2015 20:58 (UTC +04:00)

Artur Rasizadə Vyetnam prezidenti ilə görüşdü

Azərbaycan aş naziri Artur Rasizadə mayın 14-də ölkəmizdə rəsmi səfərdə olan Vyetnam  prezidenti Çıonq Tan Şanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, baş nazir Artur Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu və bunun dərin tarixi köklərə əsaslandığını vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir.

 

Görüşdə Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.

 

Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib. Ali qonaq ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar