Azərbaycan prezidenti İlham Əliyev baş nazir Artur Rasizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, A. Rasizadə Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə təltif edilib.