Argentina Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikkardo Eçaqaray Azərbaycana səfər edəcək.
Argentina səfirliyindən APA-ya verilən məlumata görə, nazir səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərin məqsədi ölkələr arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdir.