Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsi açıldı
26 fevral 2015 10:28 (UTC +04:00)

Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsi açıldı

 

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Azərbaycan Türkiyədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsinin açılış mərasimi keçirilib.


 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanın, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Nəcdət Ünüvarın mesajı oxunub. Mesajda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.

 

Ardından Kızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, AzərbaycanPrezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkili Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və şöbə müdiri Qasım Hacıyev çıxış edərək Xocalı soyqırımı haqqında fikirlərini bölüşüblər. Natiqlər çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş bəhs ediblər.

 

Tədbirdə səfirliyimizin əməkdaşları, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, diaspor və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

 

Mərasim şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunaraq başa çatıb.

 

Tədbir zamanı iştirakçılara Xocalı soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar