Noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
***
17:20
Azərbaycana rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, mərasimdə dövlət başçısı İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Belarus və Azərbaycan respublikalarının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Sonda prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.