ADP parlament seçkilərinə təkbaşına qatılacaq
25 avqust 2015 16:07 (UTC +04:00)

ADP parlament seçkilərinə təkbaşına qatılacaq

0

Azərbaycan Demokrat Partiyası (ADP) parlament seçkilərində təkbaşına iştirak edəcək.

 

APA-nın məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin toplantısındaqərar verilib.

 

Qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylər göstərdiyi, müxalifətin mümkün seçki blokunun alınmaması qeyd edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar verilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) qərara alınıb. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir. MSQ-nın ilk iclası 26 avqusta təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar