ADP-çi cəriməsini 220 saat işləməklə ödəyəcək
09 may 2013 00:03 (UTC +04:00)

ADP-çi cəriməsini 220 saat işləməklə ödəyəcək

Binəqədi rayon məhkəməsi aksiyada iştirak etdiyinə görə, 500 manat cərimələnmiş ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin 220 saat ictimai işlərə cəlb edilməsi haqqında qərar qəbul edib.

 

Musavat.com xəbər verir ki, məlumatı ADP-çi gəncin özü “Facebook” səhifəsində yayıb. Onun yazdığına görə, könüllü ödəmə müddətinin başa çatmasına 3 saat qalmış məhkəmə icraçısı dəyişdirilib. Hakim buna etiraz etsə də, sonra üzərindən keçməyə üstünlük verib. Hakim məhkəmə icraçısı Orxan Həsənova bildirib ki, könüllü ödəmə müddəti 3 ay keçdikdən sonra icraata keçirilməlidir. Lakin saat hesabı ilə Cəmil Hacıyevin könüllü ödəniş müddətinin bitməsinə üç saat qalıb. Bütün bunlara baxmayaraq, məhkəmə cərimənin ictimai işlərlə əvəz edilməsi haqqında qərar qəbul edib.

 

Məhkəmə açıq keçirilsə də, ADP Gənclər Təşkilatının fəallarına iclasda iştirak etməyə icazə verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar