ABŞ səfirindən Azərbaycan müxalifəti üçün namizəd formulu
19 dekabr 2012 18:29 (UTC +04:00)

ABŞ səfirindən Azərbaycan müxalifəti üçün namizəd formulu

0

Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəzi müxalifət partiyalarının rəhbərləri ilə sayca dördüncü görüşünü keçirib.

 

Lent.az-ın “Olaylar” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VHP Məclisinin sədri Rafiq Manafov, ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli və Mehriban Vəzir iştirak ediblər.

 

Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyət, müxalifətin seçkiyə hazırlığı, demokratik seçki mühiti və digər məsələlər müzakirə olunub. “Olaylar”ın əldə etdiyi məlumata görə, dünən görüş başa çatdıqdan sonra Riçard Morninqstar AXCP və Müsavat sədrlərini saxlayaraq İctimai Palatada mövcud durumla maraqlanıb və seçkilərlə bağlı onların mövqelərini aydınlaşdırmağa çalışıb. Riçard Morninqstar bildirib ki, hazırkı fikir ayrılığı və ziddiyyətlər faktiki olaraq İctimai Palatanı dağılma təhlükəsi ilə qarşı-qarşıya qoyub. Buna görə də vahid namizəd məsələsinin müzakirəsi dayandırılmalı və hər iki şəxs prezident seçkilərində iştiraka hazırlaşmalıdırlar. İsa Qəmbərlə Əli Kərimlinin ayrı-ayrılıqda seçkinin birinci mərhələsinə qatılmalarının zəruriliyini vurğulayan səfir, vahid namizəd məsələsinin müzakirəsini seçkilərin sonrakı mərhələsinə saxlamağı vacib hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1197

Oxşar yazılar