Abbas Abbasov:"Cənab prezident bu boşluqları aradan götürməyi tapşırdı"
26 dekabr 2012 22:29 (UTC +04:00)

Abbas Abbasov:"Cənab prezident bu boşluqları aradan götürməyi tapşırdı"

0

“Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu".  Bunu  ANS-ə açıqlamasında baş nazirin sabiq müavini Abbas Abbasov deyib.  O, Rusiyadakı diaspor təşkilatlarının gələcək fəaliyyətlərinin bundan sonra necə qurulacağı barədə danışıb

"Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar