Prezident İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.