Prezidentdən Səudiyyə Ərəbistanının kralına <span style="color:red;">TƏBRİK
22 sentyabr 2015 18:40 (UTC +04:00)

Prezidentdən Səudiyyə Ərəbistanının kralına TƏBRİK

0

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Prezident Ilham Əliyev həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudaya da təbrik məktubu göndərib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar