"Ordumuz düşməni istənilən anda darmadağın etməyə hazırdır"
21 may 2015 21:29 (UTC +04:00)

"Ordumuz düşməni istənilən anda darmadağın etməyə hazırdır"

“Bu kimi fikirlər yalnız öz xalqının gələcək taleyini fikirləşməyən, məsuliyyətsiz və qeyri-ciddi bir subyektin dilindən səsləndirilə bilər”. Bunu APA-nın sorğusuna cavab olaraq Ermənistanın müdafiə nazirinin müavini David Tanoyanın işğal olunmuş Dağlıq Qarabağ əraziləri ətrafında guya yaradılan "təhlükəsizlik kəmərinin" artıq erməniləri qane etmədiyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.

 

Açıqlamada vurğulanıb ki, D.Tanoyanın bu məntiqsiz fikiri Azərbaycan xalq məsəlində deyildiyi kimi "qorxutmağa çalışan itin, eyni zamanda qorxudan qısılıb quyruq bulamasına bənzəyir: “Erməni tərəfi anlamalı və dərk etməlidir ki, Silahlı Qüvvələrimiz düşməni istənilən anda darmadağın etməyə hazırdır. Bundan əlavə heç bir şərhə ehtiyac yoxdur”.

 

Qeyd edək ki, D. Tanoyan böyük ehtimalla Azərbaycanın Avropa Oyunlarından sonra təmas xəttində təxribatları artıracağını, Ermənistan silahlı qüvvələrinin Bakıdakı Avropa Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin yenidən artmasına imkan verməmək üçün əllərindən gələni edəcəklərini iddia edib. Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki,  Azərbaycan ərazilərini illərdir işğal altında saxlayan və daim onu hərbi əməliyyatlara təhrik edən Ermənistan dövləti və onun Müdafiə Nazirliyinin nümayəndəsinin səsləndirdiyi bu fikirlər növbəti dəfə “sülhsevərlik” maskası altında beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdən başqa bir şey deyil: “Əgər erməni tərəfi həqiqətən sülh tərəfdarıdırsa, münaqişənin yeganə həlli yolu Ermənistan silahlı birləşmələrinin tezliklə işğal olunmuş əraziləri tam və qeyd-şərtsiz tərk etməsidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar