<b>Prezident: “Gürcüstanın suverenliyini daim dəstəkləmişik” - <span style="color:red;">YENİLƏNİB </b>
16 dekabr 2016 12:32 (UTC +04:00)

Prezident: “Gürcüstanın suverenliyini daim dəstəkləmişik” - YENİLƏNİB

Prezident İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, ilk rəsmi səfərini Azərbaycana etməsini hər iki ölkə arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığın  inkişafında Heydər Əliyevin mühüm rolunu qeyd edib.

 

Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.  Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. L. İzoria ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

 

 

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələr arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən Prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir.

 

***

10:41

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar