Prezident İlham Əliyev Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
"Ülyahəzrət,
Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".