Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Ümummilli Liderimizin vəfatının 9-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 14 dekabr tarixində Ankarada Ümummilli Liderimizin adını daşıyan orta məktəb və Heydər Əliyev Parkının müasir səviyyədə təmirinin ilkin mərhələsinin bitirilməsinin ardından açılış mərasimləri olub.
Cari ilin 14 dekabr tarixində ilk olaraq, Ümummilli Liderimizin vəfatının 9-cu ildönümü münasibətilə Səfirliyimizin təşkil etdiyi silsilə tədbirlərdə iştirak etmək məqsədilə Ankarada səfərdə olan AR Baş Nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti Ümummilli Liderimizin yaxın dostu, Azərbycanı ürəkdən sevən tanınmış elm adamı və ictimai-siyasi xadim mərhum İhsan Doğramacının məzarını ziyarət etmiş, Onun əziz xatirəsini yad edərək, məzarına əklil və çiçəklər qoymuşlar. Ardından Azərbaycanın xalq yazıçısı və AR Baş Nazirinin müavini Elçin Əfəndiyev İhsan Doğramacının məzarında olan xatirə dəftərinə öz ürək sözlərini yazıb.
Daha sonra Türkiyə Respublikası Prezidenti Abdullah Gül Azərbaycandan gələn nümayəndə heyətini qəbul eşdib. Görüş zamanı Prezident, Ümummilli Liderimizin Azərbaycan-Türkiyə münasibətlərinin banisi olduğundan, BTC və günümüzdəki starteji əhəmiyyətə malik digər enerji və nəqliyyat layihələrinin təməlini qoyduğundan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı olaraq Türkiyənin daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyindən, cari ilin 13 dekabr tarixində Bilkent Universiteti ilə Səfirliyimizin birgə təşkil etdiyi "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı geniştərkibli və böyükmiqyaslı elmi-mədəni konfransın çox uğurlu olduğundan və ikitərəfli münasibətlərimizə müsbət töhfələr verdiyindən, Ulu Öndərimizin mərhum İhsan Doğramacı ilə olan yaxın dostluq münasibətlərindən söz açmış, ölkələrimiz üçün misilsiz xidmətlərinə görə Ümummilli Liderimizi dərin hörmətlə yad etdiyini bildirib.
Daha sonra nümayəndə heyəti Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Parkının və Heydər Əliyev Məktəbinin ilkin təmirinin tamamlanması münasibətilə təşkil olunmuş açılış mərasimlərində iştirak etmək məqsədilə Ankaranın Yenimahalle rayonuna hərəkət ediblər. Açılış mərasimlərində, Azərbaycan Respubilikası Baş Nazirinin müavini Elçin Əfəndiyev, Türkiyənin Təhsil Naziri Ömər Dinçər, Azərbaycan Respublikası Təhsil Naziri Misir Mərdanov, A
Açılış tədbirlərində Ümummilli Liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnləri səsləndirilib, AR Baş Nazirinin müavini Elçin Əfəndiyev, Türkiyənin Təhsil Naziri Ömər Dinçər və Azərbaycan Respubilikasının Təhsil Naziri Misir Mərdanov, eləcə də tədbirdə iştirak edən digər önəmli şəxslər tərəfindən həyata keçirilən çıxışlar zamanı Ümummilli Liderimizin dahi və əvəzedilməz siyasi şəxsiyyətindən, Azərbaycan-Türkiyə münasibətlərində olan öncü və misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi irsinin gələcək həyatımızdakı fəaliyyətlərimizə də yön verə biləcək mahiyyətdə olduğundan və ikitərəfli münasibətlərimizin inkişafı üçün əhəmiyyətli zəmin yaratdığından geniş və əsaslı bir şəkildə bəhs ediblər.
Tədbirlərdə Heydər Əliyev Məktəbinin tələbələri və Ankarada təhsil alan azərbaycanlı tələbələr tərəfindən Ümummilli Liderimiz və Azərbaycan-Türkiyə qardaşlığına dair şerlər söylənilib.