"Əslində , Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində mühazirəsi zamanı deyib.
O bildirib ki, ortada həlli dondurulmuş bir münaqişə varsa, hər kəs bundan zərər çəkməli olacaq: “Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı”.