Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və inkişaf arzulayıram.
Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək və iki dost arasında qarşılıqlı faydaya əsaslanan mübadiləni daha da genişləndirmək istəyimi bildirirəm.
Zati-aliləri, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Həmçinin Kanadanın General-Qubernatoru Devid Conston, Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyn, Kamboca Krallığının Baş naziri Hun Sen, Dominikan Respublikasının Prezidenti Danilo Medina da təbrik məktubu göndərib.