[b]Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb[/b]
17 iyun 2016 02:09 (UTC +04:00)

[b]Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb[/b]

Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam olaraq yerinə yetirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə “Uralvaqonzavod” korporasiyasının baş direktoru Oleq Siyenko bildirib.

 

“Tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, - deyə Siyenko Sankt Petrburq Beynəlxalq İqtisadi Forumda müvafiq suala cavab olaraq  bildirib.  

 

Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.   

 

Rusiya və Azərbaycan arasında  2010-cu ildə silah və texnikanın tədarükünə dair razılıq əldə olunub. “Rosoboroneksport”dan 1 mlrd. dollar dəyərində olan bu sazişlər paketinin 2017-ci ildə icra olunacağı bildirilmişdir. 

# 222
avatar

Oxşar yazılar

Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08
Prezidentdən Ramazan təbriki

Prezidentdən Ramazan təbriki

8 aprel 2024 , 17:08