Türkiyənin güc strukturları İstanbulda terror aktı törədənin şəxsiyyətinin müəyyənləşdirilməsinə yaxındır.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.
Onun sözlərinə görə, hazırda terrorçunun əl izlərinə dair məlumat və hərəkət etdiyi əsas yerlər müəyyənləşdirilib.
Qeyd edək ki, yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Hadisə nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.