Rusiya XİN rəhbəri Sergey Lavrov və onun fransalı həmkarı Jan-Mark Eyro arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-nin saytında dərc olunmuş məlumata əsasən, söhbət zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin həll yollarının axtarılması üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini müzakirə ediblər.
XİN rəhbərləri Rusiya- Fransa münasibətlərinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparıblar.