ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında ötən gecə həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub.
XİN-in mətbuat katibi Hikmət Hacıyev Lent.az-a bildirib ki, şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb.
H. Hacıyev qeyd edib ki, Hamburq görüşündən əvvəl Fransa xarici işlər naziri 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini təklif etmişdi. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.
**
14:53
Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz "Twitter" səhifəsində yazıb.
Dekabrın 8-də, axşam keçirilən görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub.