<b>Elmar Məmmədyarov: “Münaqişənin həllində ləngimə var”</b>
07 noyabr 2016 21:05 (UTC +04:00)

Elmar Məmmədyarov: “Münaqişənin həllində ləngimə var”

“Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ləngimə var”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar