[b]AŞPA həmməruzəçilərinin Bakıya səfər vaxtı açıqlandı[/b]
08 iyun 2016 11:25 (UTC +04:00)

[b]AŞPA həmməruzəçilərinin Bakıya səfər vaxtı açıqlandı[/b]

0

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda iyunun 15-də Azərbaycana gələcəklər.

 

APA-nın məlumatına görə, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.

 

Xatırladaq ki,  AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar