<b>Amerikalı məmur: “Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir”</b>
17 noyabr 2016 20:07 (UTC +04:00)

Amerikalı məmur: “Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir”

 

 

Aprel hadisələri  Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi.

 

APA-nın “RİA Novosrti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.  

 

“Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-sabitdir”, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.  

 

O, etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu  qeyd edib: “Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar