Prezidentdən <span style="color:red;">BAŞSAĞLIĞI
04 iyun 2015 15:53 (UTC +04:00)

Prezidentdən BAŞSAĞLIĞI

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

Hörmətli cənab Sədr,

Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar