“Sadval” ideoloqundan Söyün Sadıxova dəstək
17 dekabr 2012 19:02 (UTC +04:00)

“Sadval” ideoloqundan Söyün Sadıxova dəstək

Federal Ləzgi Milli Mədəni Muxtariyyatının (FLMMM) prezidenti Arif Kərimov Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) prezidenti Söyün Sadıqova dəstək xarakterli məktub göndərib.

Lent.az-ın verdiyi məlumata görə, müraciətin mətni “AzerRos”-un rəsmi saytında (azerros.ru) yerləşdirilib.

Azərbaycanın parçalanmasını qarşısına məqsəd qoyan “Sadval” hərəkatının ideoloqlarından olan Arif Kərimov Söyün Sadıxova əməllicə dəstək verib.  “AzerRos”-un da tez-tələsik, az qala sevinclə bu məktubun mətnini rəsmi saytında yerləşdirilməsi diqqət çəkməyə bilməz. Məktubda FLMMM  Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının həmtəsisçisi və “AzerRos” prezidenti Söyün Sadıxovla ilk gündən sıx əməkdaşlıq etdiklərini, onun barəsində yaranmış “yanlış fikir və əsassız ittihamlar”la əlaqədar narahatlığını dilə gətirib.

 

FLMMM bu hücumların mənbəyinin Azərbaycan hökumətini, bu məsələdə hakimiyyətlə həmrəylik sərgiləyən Azərbaycan KİV-i, müxalif qüvvələri və Ümumrusiya Azərbaycanlıları Konqresi olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar