“Qənirə Paşayeva ilə addım-addım qaqauz yeri” təqdim olunub
27 dekabr 2016 13:24 (UTC +04:00)

“Qənirə Paşayeva ilə addım-addım qaqauz yeri” təqdim olunub

 

 

Atatürk Mərkəzində millət vəkili Qənirə Paşayevanın “Qənirə Paşayeva ilə addım-addım qaqauz yeri” kitabının təqdimatı keçirilib.

 

Lent.az-ın məlumatına görə, Mərkəzin müdiri, millət vəkili Nizami Cəfərov türk dünyasına ünvanlanan kitabların yazılmasını və Atatürkün adını daşıyan elm-mədəniyyət ocağında təqdimatının keçirilməsini, müzakirəsini təqdirəlayiq hal olaraq qiymətləndirib.

 

 Kitabın yazılma səbəbi haqqında danışan müəllif Q.Paşayeva, Qaqauz Yerinin Azərbaycandan min kilometrlərlə uzaqda yerləşməsinə, qaqauzların başqa dini dünyagörüşünə sahib olmalarına baxmayaraq, saysız-hesabsız ortaq dəyərlərin olduğuna diqqət çəkib: “İstərdim Azərbaycan oxucusu, xüsusilə də gənclər Qaquz Yerinin Türk Dünyasının bir parçası olduğunu, qaqauzların dili, mədəniyyəti, məişəti və s. ilə bizim insanımız olduğunu bilsinlər. Ümumiyyətcə, Qaqauz Yerinin Azərbaycanla, qardaş Türkiyə ilə bağları həm tarixi baxımdan, həm də çağdaş dövrümüzdə diqqətəlayiqdir. Bizlər də belə kitablarla, yeni layihələrlə, bir sözlə, ortaq düşüncə və əməli çalışmalar hesabına, bağları daha da möhkəmlətməli, işbirliyini genişləndirməliyik. Gələcəkdə Komratda da “Addım-addım Azərbaycan” kitabının nəşri planlaşdırılır; Bakıda Qaqauz Mədəniyyət Günlərinin keçirilməsini düşünürük”.

 

Kitab təxminən 250 min qaqauzun – xristian türklərinin yaşadığı doğma Qaqauz Yeri, onların tarixi, mədəniyyəti, məişəti, duyğu-düşüncələri haqqında yığcam bir topludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar