“Nida”çılara görə Milli Məclisdə mübahisə düşdü
18 aprel 2014 13:30 (UTC +04:00)

“Nida”çılara görə Milli Məclisdə mübahisə düşdü

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında həbsdə olan “Nida” təşkilatı üzvlərinə amnistiya təklifi ətrafında mübahisə yaranıb. Lent.az-ın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə “Nida”çıların həbsini əsaslandırılmamış adlandırıb və qarşıdan gələn Respublika günü ilə bağlı onlara amnistiyanın verilməsini təklif edib.

 

Ona cavab verən deputat Siyavuş Novruzov isə buna etiraz edib. O qeyd edib ki, həbsdə olan gəncləri öyrədib o cinayətə təhrik edənlərdən danışmaq lazımdır, onlardan yox: “O uşaqları öyrədib əlinə “Molotov” kokteyli, dəmir parçası verir, öz övladlarını qoruyub başqalarının övladının başını yeyib məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər”.

 

S. Novruzov bildirib ki, “Nida”çı gənclərin məhkəmə prosesində faktiki olaraq siyasi məhbusdan, sifarişli məhkəmədən söhbət gedə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar