“Facebook” şirkəti Qarabağla bağlı səhvini düzəltdi
19 fevral 2015 10:27 (UTC +04:00)

“Facebook” şirkəti Qarabağla bağlı səhvini düzəltdi

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin “Facebook” səhifəsinə verilmiş “verified” statusu “Facebook” şirkəti tərəfindən aradan qaldırılıb.

 

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.


Onun sözlərinə görə, müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub: “Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin “Facebook” səhifəsinə verilmiş “verified” statusu “Facebook” şirkəti tərəfindən aradan qaldırılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar