“Əl-Fəcr” qəzetinin baş redaktoru İlham Əliyevə məqalə həsr edib
25 dekabr 2016 12:46 (UTC +04:00)

“Əl-Fəcr” qəzetinin baş redaktoru İlham Əliyevə məqalə həsr edib

Dekabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik “Əl-Fəcr” qəzetinin baş redaktoru Şəfir Əl-Bəsilin qələmə aldığı “Azərbaycan İlham Əliyevin dövründə böyük nailiyyətlərin şahididir” sərlövhəli məqaləsi işıq üzü görüb. Azərbaycanın BƏƏ-dəki səfirliyindən Lent.az-a verilən məlumata görə, məqalənin müqəddiməsində Ş.Əl-Bəsil xalqın rifahının yüksəlişini və ölkədə hərtərəfli intibahı hökumətin qarşısında siyasi hədəf kimi müəyyən edən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 13 il ərzində ölkənin sürətli inkişaf üzrə dünyaya unikal nümunə təqdim etdiyini oxucuların nəzərinə çatdıraraq, dövlətin həmin illər ərzində inkişaf etmiş ölkələr sırasında inamla dayandığını, mötəbər regional və beynəlxalq təşkilatlarda fəal səsə çevrildiyini qabardır və ölkəmizin rəhbərinin Qafqaz və Avrasiya bölgələrində siyasi və inkişaf təcrübəsi sahibi olaraq, xalqın yüksək etimadını və beynəlxalq ictimaiyyətin ehtiramına nail olduğunu xüsusilə qeyd edib.

 

2003-cü ildə və sonrakı illərdə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini yenə də onun etimadını qazanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verdiyini qabardan Ş.Əl-Bəsil son 13 il ərzində Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınmasının şahidi olduğunu, 2006-cı ildə işə salınan həmin boru kəməri vasitəsi ilə ötürülən Azərbaycan neftindən gələn gəlirlərin ölkənin hərtərəfli inkişafına yönəldildiyini və nəticə etibarı ilə, respublikamızın siyasi, iqtisadi, eləcə də hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğulayıb. Eyni zamanda məqalənin müəllifi oxucuların diqqətini statistik göstəricilərə yönəldib. İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri ilə siyasi əlaqələrin yüksək səviyyəsindən çıxış edərək, 2015-ci ilin noyabrında etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında BƏƏ vətəndaşlarına viza rəsmiləşdirilməsi barəsində Nazirlər Kabinetinə göstəriş verdiyini yada salan baş redaktor 2016-cı ilin 15 dekabr tarixindən başlayaraq BƏƏ vətəndaşlarını müşayiət edən BƏƏ rezident viza sahiblərinə də eyni sadələşdirilmiş qaydanın tətbiq olunduğunun xüsusilə qeyd edir, dövlət başçısının ilk göstərişinin Azərbaycana gedən BƏƏ-li turistlərin sayında  nəzərəçarpan siçrayışa səbəb olduğunu və ərəb xalqlarına, özəlliklə də BƏƏ xalqına xüsusi rəğbət bəsləyən qonaqpərvər Azərbaycan xalqı ilə daha yaxından tanış olmağa imkan yaratdığını oxucuların nəzərinə çatdırıb.

 

Məqaləsinin yekun hissəsində Ş.Əl-Bəsil ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işindəki səylərinə görə, Prezident İlham Əliyevin müxtəlif ölkələrin orden və mükafatlarına layiq görüldüyünü, bunlardan “Kral Əbdüləziz” ordeninin, Küveytin “Mübarək əl-Kəbir” ordeninin, Fransanın “Şərəf Legionu” ordeninin, Rumıniyanın “Ulduz” ordeninin, Gürcüstanın “Şərəf” ordeninin, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatının, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatının və s. olduğunu yazıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar