“Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə nail olacağıq”
13 mart 2015 11:04 (UTC +04:00)

“Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə nail olacağıq”

 

 “Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulan “məhkəmə” qondarma bir proses, bir şoudur. İnanıram ki, onlar əvvəl-axır azad olunacaqlar ”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov deyib. O bildirib ki, son vaxtlar Azərbaycanın məsələnin mahiyyətinin açıqlanması ilə bağlı apardığı uğurlu təbliğat sayəsində nəticələr əldə olunmaqdadır: “ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana səfər zamanı girovların azadlığa buraxılması ilə bağlı bəyanat verdi. Viktoriya Nuland Ermənistanda olanda və ABŞ-a qayıdanda da bu bəyanatı təkrarladı. Fransa Xarici İşlər Nazirliyi də bəyanat verib. Artıq xarici dövlətlərdə də başa düşürlər ki, bu, qurama, qondarma bir məhkəmə prosesidir. Çünki rəsmən tanınmayan bir qondarma qurumun apardığı məhkəmə qanuni sayıla bilməz, bu, tamamilə mənasız bir prosesdir. Mən əminəm ki, biz Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə nail olacağıq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar