Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” əsasnaməni təsdiq edilib.
Lent.az-ın verdiyi məlumatına görə, sənədi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. O bildirib ki, əsasnamə bu il mayın 15-də imzalanıb. Sənədə əsasən, Komissiya iki dövlət sərhədi haqqında 2010-cu il 3 sentyabr tarixli müqaviləyə uyğun dövlət sərhədinin demarkasiyasını həyata keçirmək məqsədi ilə yaradılıb.
Əsasnamə Azərbaycan və Rusiya arasında sərhəd nişanları və yerini, Azərbaycan coğrafi adlarının rus dilində, rus coğrafi adları Azərbaycan dilində səsləndirilməsi qaydalarını müəyyən edir.
“Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” əsasnamə təsdiq edilib
446