Şəmkirdə yaşayış evində partlayış  baş verdi
14 dekabr 2024 08:43 (UTC +04:00)

Şəmkirdə yaşayış evində partlayış baş verdi

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun kəndlərinin birində, yaşayış evində qeydə alınıb.

Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub.

Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253

Oxşar yazılar