“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin ilk kitabı nəşr olunub. “Terrorun gülən üzü” adlanan kitabda dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edilir. Kitabda xüsusilə Fətullah Gülən şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır.
“Terrorun gülən üzü” yazarın 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur.
Azərbaycanda bu sahədə yazılan ilk və geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur.
Yaxın günlərdə imza günü keçiriləcək və kitab oxuculara təqdim ediləcək.