<span style="color:red;">Qənirə Paşayeva:  "Dünyada Dağlıq Qarabağ Respublikası deyilən yer yoxdur"
14 oktyabr 2016 17:37 (UTC +04:00)

Qənirə Paşayeva: "Dünyada Dağlıq Qarabağ Respublikası deyilən yer yoxdur"

 

“Ermənistan millət vəkillərinin bir neçə dəfə AŞPA-da çıxışlarında “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətmələri AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir yer yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. Bu AŞPA qətnamələrində də məhz bu cür öz əksini tapır”.

 

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxışında “Azad müzakirələr” zamanı Azərbaycan əleyhinə yalanlarla dolu çıxışlar edən Ermənistan heyətinə sərt cavab olaraq deyib.

 

Q.Paşayeva deyib ki, dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın torpaq bütünlüyünü tanıyır. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA qətnamələrində də öz əksini tapır.

 

Q. Paşayeva AŞPA-nın qəbul etdiyi qərarların həyata keçməsi üçün ciddi nəzarət etməli olduğunu  və bu qərarları yerinə yetirməyənlərə qarşı ciddi addımlar atılmalı olduğunu vurğulayıb: “Avropa Şurasına üzv olan bir ölkə digər bir üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyiqlər göstərməyə çağırırıq”.

 

Millət vəkili çıxışının əvvəlində Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyanın Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov və AŞPA sədri Aqramunda qarşı sayğısızlığını kəskin qınayaraq AŞPA-nı Ermənistan heyətinin bu əməllərini qınamağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar